DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARI SAHƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN BİR QRUP QEYRİ – HÖKUMƏT TƏŞKİLATININ

BƏYANATI

 

Bakı,

 

Biz, Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatları 7 noyabr

parlament seçkilərinin qeyri-demokratik və kütləvi qanun pozuntuları ilə

keçirilməsindən dərin narahatlığımızı ifadə edir, bu seçkiləri ölkədə demokratiyanın

inkişafına növbəti ciddi zərbə kimi dəyərləndiririk.

 

Hesab edirik ki, bu seçkilər vətəndaşların azad seçkilərə onsuz da zəif olan ümidlərini

heçə endirməklə ölkədə demokratikləşmə proseslərini əhəmiyyətli dərəcədə

ləngidəcək.

 

7 noyabr seçkiləri bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti demokratiya və insan

hüquqları sahəsində beynəlxalq öhdəliklərin həyata keçirilməsində maraq nümayiş

etdirmək istəyində deyildir.

 

Bu seçkilər daha itaətkar, siyasi baxımdan yekrəng, həqiqi iradəni əks etdirməyən

Milli Məclisin formalaşdırılmasına xidmət etməklə Azərbaycanda hakimiyyətin

bölünməsi prinsipinə əsaslanan dövlət idarəetməsinin bərqərar olmasına ciddi əngəl

yaradacaq.

 

Azərbaycan xalqına, vətəndaş cəmiyyəti təşkilatlarına müraciət edərək baş verən

proseslərə qanun çərivəsində münasibət bildirməyə və demokratikləşmə proseslərində

daha fəal iştiraka çağırırıq.

 

Biz, həmçinin, Azərbaycanın üzv olduğu və qarşısında demokratiya və insan haqları

sahəsində öhdəlik götürdüyü beynəlxalq təşkilatlara müraciət edərək xalqın həqiqi

iradəsinə əsaslanmayan və kütləvi saxtakarlıqlarla keçirilən 7 noyabr seçkilərini

obyektiv qiymətləndirməyə və hakimiyyətdən demokratikləşmə sahəsində beynəlxalq

öhdəliklərini birmənalı şəkildə yerinə yetirilməsini tələb etməyə israrla çağırırıq.

 

08 Noyabr 2010

 

Hüquq və İnkişaf İctimai Birliyi

 

Demokratiyanı Öyrənmə İctimai Birliyi

 

Azərbaycan Hüquqçular Assosiasiyası

 

Hüquq Maarifçiliyi Cəmiyyəti

 

Media Hüquqları İnstitutu

 

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi

 

Yayımların Monitorinq Mərkəzi

 

Azərbaycan Miqrasiya Mərkəzi

 

İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi

 

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi

 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu

 

Previous Post

SƏSVERMƏ GÜNÜ ÇOXSAYLI JURNALİST TƏZYİQLƏ ÜZLƏŞİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.