MÜŞFİQ HÜSEYNOV LEYLA YUNUSUN MƏHKƏMƏYƏ VERİLMƏSİNİ PİSLƏYİB

2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  "Bizim Yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynov 28 yanvarda  ailəsi ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M.Hüseynovun yaxın qohumu  Cavidan Hüseynov  verib. C.Hüseyunovun bildirdiyinə görə, M.Hüseynov telefon əlaqəsi  saxlayan zaman Sülh və Demokratiya İnstitutunun rəhbəri  Leyla Yunusa qarşı qaldırılan məhkəmə iddiasını pisləyir.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən, jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

AŞ PA-DA REFERENDUM MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUB

Next Post

XARİCİ İŞLƏR NAZİRİ XARİCİ RADİOLARLA BAĞLI HELSİNKİ KOMİSSİYASINA MƏKTUB GÖNDƏRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.