MÜŞFİQ HÜSEYNOV YAXINLARI İLƏ TELEFON ƏLAQƏSİ SAXLAYIB

“Bizim Yol“ qəzetinin həbsdə olan  əməkdaşı  Müşfiq Hüseynovun  müalicəsi 3 saylı cəzaçəkmə müəssisəsində davam edir.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) M.Hüseynovun yaxın qohumu Cavidan Hüseynov verib.
“Dünən 16:50-də evə zəng edən Müşfiq Hüseynov saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib. Evə gec-gec  zəng etməyinin səbəbini müalicəsi ilə əlaqələndirib” – deyə C.Hüseynov bildirdi.
Qeyd edək ki, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən M.Hüseynov 2 həftə əvvəl səhhəti ilə əlaqədar 3 saylı müalicə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24- də həbs olunub. Ona CM-nin 311-ci maddəsi ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətində azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

GƏDƏBƏY SAKİNİ İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINI İDDİA EDİR

Next Post

ENGLISH LANGUAGE TRANSLATION OF ARTICLE THAT LED TO EXPULSION OF P. AZIMOV

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.