GƏDƏBƏY SAKİNİ İŞDƏN QANUNSUZ ÇIXARILDIĞINI İDDİA EDİR

Bu gün (15 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Elminaz Sarıyeva Gədəbəy Elektrik Şəbəkəsi Stansiyasının müdiri Vaqif Hüseynov tərəfindən  qanunsuz olaraq işdən çıxarılması ilə bağlı mətbuat konfransı keçirdi.

E. Sarıyevanın sözlərinə görə: " Gəncə şəhərində yerləşən Elektrik Şəbəkəsinin Baş İdarəsinə şikayət etdim və onlar araşdırma aparıb V. Hüseynovu tutduğu vəzifədən uzaqlaşdırdılar və məni 11-ci dərəcə ilə baş mühəndis vəzifəsinə təyin etdilər.Lakin keçmiş Gədəbəy rayon İcra Başçısı Aydın Alıyev və işdən azad olunmuş V.Hüseynov işləməyimə mane oldular".
E.Sarıyeva bununla bağlı olaraq,  aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq nəticə əldə etmədiyini bildirdi.
“İşdən qanunsuz çıxarılmağımla bağlı məhkəmədə qaldırdığım iddiaya əsasən baxılmış işlərdə mənim lehimə qərar çıxarılmayıb. Hazırda bütün instansiyaları keçdiyim üçün, bu işə Ali Məhkəmənin Plenumunda baxılmasına çalışıram. Ancaq dəfələrlə Ali Məhkəmənin sədri Ramiz Rzayevə yazılı müraciət etməyimə baxmayaraq, Ali Məhkəmə heç bir əsas göstərmədən bu işə baxmaqdan imtina edir” – deyən E.Sarıyeva vurğuladı ki, Ali Məhkəmədə Rima Ağayeva adlı əməkdaş ona bildirib ki, hara istəyirsən şikayət edə bilərsən, ancaq Plenum bu məsələyə baxmayacaq.
E.Sarıyeva media nümayəndələrinin diqqətinə onu da çatdırdı ki, işdən qanunsuz çıxarılmağı ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətinin (İH) başçısı Kamran Rzazadənin qəbulunda da olub. “İcra başçısı məsələni araşdırmaq əvəzinə mənə hədə-qorxu gəldi və “şikayət etsən, başına oyn açaram” deyə, məni ölümlə hədələdi. Daha sonra isə İH-nin işçisi  Şəmsəddin Qubadov  tərəfindən fiziki təzyiqlərə məruz qaldım” – deyən E.Sarıyeva əlavə etdi ki, onun döyülməsini İH-nin digər əməkdaşı Ramiz Yusifov da görüb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,247/lang,az/

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTU DƏYİRMİ MASA KEÇİRİB

Next Post

MÜŞFİQ HÜSEYNOV YAXINLARI İLƏ TELEFON ƏLAQƏSİ SAXLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.