ELÇİN BEHBUDOV MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Dünən (16 sentyabr) İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov  “Bizim Yol” qəzetinin müxbiri, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Behbudovun özü məlumat verib.

 “Müşfiq Hüseynov saxlanma şəraitindən və səhhətindən narazılıq etməyib.” – deyən hüquq müdafiəçisi bildirdi ki, jurnalist  əfvlə bağlı dövlət başçısına müraciət etmək üçün ondan kömək istəyib.

Xatırladaq ki, M. Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi isə M. Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

GÜRCÜSTAN-RUSİYA MÜNAQİŞƏSİNDƏN BƏHS EDƏN FİLMİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Next Post

BEYNƏLXALQ İCTİMAİYYƏT GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.