2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla şənbə günü (10 yanvar) atası Tofiq Hüseynov görüşüb.
Bu barədə RATİ-ə məlumat verən jurnalistin qohumu Cavidan Hüseynovun sözlərinə görə, M. Hüseynovun səhhəti normaldır, jurnalistin saxlanılma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur.