GƏNCƏ ŞƏHƏR PROKURORU JURNALİSTİ HƏDƏLƏYİB

Gəncə şəhər prokuroru Adil Vəliyev “Azadlıq” qəzetinin bölgə müxbiri Ərşad İbrahimliyə hədə-qorxu gəlib.

Bu barədə RATİ-yə Ə. İbrahimlinin özü məlumat verib.
Jurnalistin verdiyi məlumata görə, Gəncə şəhər prokurorunun müavini ona zəng edərək A. Vəliyevin onunla görüşmək istədiyini bildirib. Görüş zamanı şəhər prokuroru jurnalistə bölgə ilə bağlı “həqiqətə uyğun  olmayan” məlumatları verməməyi tapşırıb: “Prokuror mənə dedi ki, əks təqdirdə sənin üçün yaxşı olmayacaq”.
Məsələyə Gəncə şəhər prokurorunun da münasibətini öyrənməyə cəhd etdik. Amma şənbə günü (qeyri iş günü) olduğu üçün telefon zənglərimizi cavablandıran olmadı.
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI RAMİL USUBOV VƏ ZAKİR QARALOVA MÜRACİƏT ETDİ

Next Post

ATASI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.