ATASI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Dünən (6 sentyabr) Tofiq Hüseynov  2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu, “Bizim Yol” qəzetinin əməkdaşı  Müşfiq Hüseynovla görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin qardaşı oğlu  Cavidan Hüseynov məlumat verib. Onun sözlərinə görə, M.Hüseynov saxlanma şəraitindən narazılıq etməyib və səhhəti ilə əlaqədar cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində müalicəsini davam etdirdiyini bildirib.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN MƏHKƏMƏ PROSESİ 04.09.2009

Next Post

İSVEÇ İCTİMAİYYƏTİ GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.