İSVEÇ İCTİMAİYYƏTİ GƏNC BLOQÇULARIN AZAD OLUNMASINI TƏLƏB EDİR

Isveç parlamentinin deputatları, Avropa Parlamentinin bu ölkədən olan üzvləri, gənclər hərəkatının fəalları və ayrı-ayrı siyasi xadimlər bir sıra bəyanat və aksiya ilə çıxış edərək gənc bloqçular Adnan Hacızadə və Emin Millinin azadlığını tələb ediblər.

Diplomatik mənbələrin “Turan”a verdiyi məlumata görə, parlamentin Sosial-Demokrat, Sollar və Yaşıllar fraksiyasının üzvləri birgə bəyanatla çıxış edərək Avropa İttifaqı müşahidəçilərinin Bakıya, blogerlərin məhkəməsinə göndərilməsini tələb ediblər. Öz növbəsində parlamentin xarici əlaqələr komitəsinin üzvləri Azərbaycan hakimiyyətinin blogerləri dərhal azad etməyə çağırıblar.
İsveç gənclər federasiyası da bloqçuların dərhal azad edilməsini tələb ediblər. Prezident İlham Əliyevə ünvanlanmış məktubda parlamentdə təmsil olunan hər yeddi partiyanın gənclər təşkilatının liderləri Adnan Hacızadə və Emin Millinin siyasi səbəblərlə həbsində narahatçılığını ifadə edərək onların dərhal azad edilməsinin və üzərlərindən ittihamların götürülməsini tələb ediblər.
AŞ PA-da İsveç nümayəndə heyətinin və insan haqları qrupunun üzvləri birgə bəyanatda blogerlərin işi üzrə istintaqın gedişində ciddi pozuntuların olduğunu qeyd edirlər. Bütövlükdə, Azərbaycanda ifadə azadlığı və demokratiyanın təmin edilməsində ciddi pozuntular var. Avropa Şurası və AŞ PA üzvü, Avropa İttifaqının tərəfdaş ölkəsi kimi Azərbaycan öz öhdəliklərini yerinə yetirməli, qanunu aliliyini və hüquq sisteminin müstəqilliyini təmin etməlidir.

Previous Post

ATASI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Next Post

ÜÇ NÜFUZLU BEYNƏLXALQ TƏŞKİLAT PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.