“NOTA” QƏZETİNƏ QARŞI İKİ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA İCRAATA GÖTÜRÜLDÜ

Bu gün (29 iyun) Nizami rayon məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə Daxili Qoşunlar komandanının müavini general-mayor Fəxrəddin Səmədovun “Nota” qəzetinini baş redaktor əvəzi sərdar Əlibəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat verən Sərdar Əlibəyli bildirdi ki, hakim iddianın icraata götürülməsi ilə bağlı qərar verib və prosesi 6 iyul saat 11.00-a təyin edib.
S.Əlibəyli RATİ-yə onu da bildirib ki, DQ-nin şəxsi heyət üzrə kadrlar şöbəsinin rəisi, polkovnik Nəsir Hüseynovun xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən də Nizami rayon məhkəməsində hakimi Vidadi Məmmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib və proses sabah – 30 iyun 16.00-a təyin edilib.
 Xatırladaq ki, hər iki iddiaçı “Nota” qəzetinin son aylarda nəşr olunmuş saylarında Daxili Qoşunlarla bağlı yazılarda şərəf və ləyaqətlərini ləkələyən  və onları nüfuzdan salan məqalələr dərc edildiyini iddia edərək, Sərdar Əlibəyli barədə Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediblər.

Previous Post

İNSAN HÜQUQLARI ÜZRƏ MAARİFLƏNDİRMƏ İCTİMAİ BİRLİYİ YENİ LAYİHƏNİN İCRASINA BAŞLAYIB

Next Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.