QOHUMU HƏBSXANADA MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim yol” qəzetinin  əməkdaşı Müşfiq Hüseynovun yaxın qohumu Təhməsib Hüseynov may ayının 2-də onunla görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) T. Hüseynovun özü məlumat verib. Bir müddət bundan öncə xəstələnmiş jurnalistin soyuqdəyməsinin hələ də keçməyini bildirən T. Hüseynov habelə onu da bildirib ki, M. Hüseynovun saxlanma şəraitindən və həbsxana administrasiyasının ona qarşı olan münasibətdən narazı deyil. T. Hüseynovun sözlərinə görə jurnalist yalnız qanunsuz həbsinə etirazını bildirib.

 Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.

Previous Post

FƏRƏMƏZ ALLAHVERDİYEV NAZİM İBRAHİMOV TƏRƏFİNDƏN HƏDƏLƏNDİYİNİ İDDİA EDİR

Next Post

AZƏRBAYCAN MƏTBUATINA İTKİ ÜZ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.