QOHUMU MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

04 aprel qohumu Cavidan Hüseynov “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq  Hüseynovla cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsiində görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Cavidan Hüseynov M.Hüseynovun səhhətinin nisbətən yaxşılaşdığını bildirdi. C. Hüseynovun sözlərinə görə jurnalist ərəb dilini mükəmməl öyrənib, hətta Qurandan bəzi tərcümələr də edib.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

“YENİ MÜSAVAT” “ÇAP EVİ”NDƏKİ NƏŞRLƏRİNİN DAYANDIRILMASININ SƏBƏBLƏRİNİ AÇIQLADI

Next Post

PREZİDENT YANINDA KİV-Ə DƏSTƏK FONDU YARADILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.