MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİSLƏŞİB

“Bizim Yol” qəzetinin müxbiri, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovun vəziyyəti qəflətən pisləşib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) dünən (23 avqust) jurnalistə baş çəkən  qardaşı oğlu Cavidan Hüseynov məlumat verib.

“Bir neçə gün öncədən başlayaraq Müşfiqin kürəyindəki ağrıları kəskinləşib. Tez-tez qızdırmasının qalxdığını deyən Müşfiq o qədər öskürürdü ki, hətta mənimlə danışmağa belə çətinlik çəkirdi” – deyən C.Hüseynov jurnalistin cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində həkim nəzarətində olduğunu bildirdi.

Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

GƏNC BLOQÇULARA QALDIRILMIŞ CİNAYƏT İŞİ ÜZRƏ İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB

Next Post

GƏNC BLOQÇULARA QALDIRILMIŞ CİNAYƏT İŞİ ÜZRƏ İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.