MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIRLAŞIB

“Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovun səhhəti ağırlaşıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Müşfiq Hüseynovun qardaşı oğlu Cavidan Hüseynov məlumat verib. Onun sözlərinə görə dünən M.Hüseynov telefon əlaqəsi saxlayaraq, iki həftədir müalicə kursu keçdiyinə baxmayaraq, hərarətinin düşmədiyindən bildirib. “O bildirdi ki, cəzaçəkmə müəssisəsində lazımı preparatların olmadığı üçün bu yaxınlarda özümüz preparatları alıb  ona aparacağıq”.
Həmçinin Cavidan Hüseynovun bildirdiyinə görə ailəsi onun müalicə müəssisəsinə yerləşdirilməsini istəsə də, müəssisədəki şəraitin həddindən artıq pis olduğu üçün Müşfiq oraya köçürülməyin əleyhinədir” – deyən C.Hüseynov vurğuladı ki, ailəsi hüquq müdafiəçilərinin, xüsusilə Elçin Behbudovun Müşfiqlə görüşməsini və səhhəti ilə maraqlanmasını istəyirlər.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

“GÜNDƏLİK BAKI” APELLYASİYA MƏHKƏMƏSİNDƏ DƏ QALİB GƏLDİ

Next Post

HACI MƏMMƏDOV ELMAR HÜSEYNOVUN QƏTLİNİ ŞƏXSƏN TƏŞKİL ETDİYİNİ BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.