MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ PİS OLARAQ QALIR

7 mart ailə üzvləri, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynovla görüşüblər.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verən jurnalistin qohumu Cavidan Hüseynov bildirib ki, görüş zamanı M. Hüseynov səhhətindəki problemlərdən şikayət edib. Onun sözlərinə görə, jurnalist hazırda ən çox mədəsindəki qastritdən əziyyət çəkir.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

AKİF NAĞI BARƏSİNDƏ BAŞLANILMIŞ İSTİNTAQ QEYRİ MÜƏYYƏN VAXTA QƏDƏR TƏXİRƏ SALINIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.