MÜŞFİQ HÜSEYNOVUN HƏYAT YOLDAŞI HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ VƏ JURNALİST TƏŞKİLATLARINA MÜRACİƏT EDİB

Həbsdə  olan jurnalist – “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həyat yoldaşı Arzu Hüseynova hüquq müdafiəçilərinə və jurnalist təşkilatlarına müraciət edib.

Müraciətdə M.Hüseynovun ağır vərəm xəstəliyindən əziyyət çəkməsi, müalicəsi və qidalanmasının xəstəliyinə uyğun gəlməməsi və bu səbəbdən də, həyatının təhlükədə olması xüsusi qeyd olunur. A. Hüseynova öz müraciətində öhdəsində azyaşlı xəstə iki uşaq olduğunu vurğulayıb. O, hüquq-müdafiə və jurnalist təşkilatlarının rəhbərlərindən xahiş edib ki, imkan daxilində tez bir zamanda M.Hüseynovla görüşərək, onun sağlıq durumu ilə maraqlansınlar.
Qeyd edək ki, hal-hazırda M.Hüseynov 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılır.

Xatırladaq ki, M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.

Previous Post

NAZİRİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

Next Post

SEÇKİLƏRİN MONİTORİNQİ VƏ DEMOKRATİYANIN TƏDRİSİ MƏRKƏZİ HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.