İLQAR NƏSİBOV BARƏDƏ QƏRAR QÜVVƏDƏ SAXLANILDI

Bu gün Naxçıvan şəhər Apellyasiya məhkəməsinin hakimi Əli Allahverdiyevin sədrliyi ilə “Azadlıq” radiosunun müxbiri İlqar Nəsibov barəsində çıxarılan 1 il şərti həbs qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

     “Azadlıq” radiosunun əməkdaşı İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəssibovanın RATİ-yə verdiyi məlumata görə, saat 10:00-dan başlayan proses saat 16:00-a qədər davam edib. İlqar Nəsibov prosesdə iki vəsatət qaldırsa da, hakim onları təmin etməyib. Vəsatətlərdən birində prosesdə fotokamera və diktofondan istifadəyə icazənin verilməsi istənilib. İkinci vəsatətlə jurnalist Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən evində aparılan axtarış zamanı ona dəyən maddi-mənəvi zərərə görə kompensasiyanın ödənilməsini istəyib.

      Bundan sonra hakim qərar vermək üçün müşavirəyə gedib və müşavirədən qayıtdıqdan sonra İlqar Nəsibov barəsində çıxarılmış qərarı qüvvədə saxlayıb. Məlahət Nəsibova bildirib ki, qərardan kassasiya şikayəti veriləcək.

     Xatırladaq ki, dekabrın 6-da üç ay müddətinə həbs edilmiş "Azadlıq" radiosunun əməkdaşı İlqar Nəsibov dekabrın 10-da Apellyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılmışdı. Lakin həmin gün Naxçıvan Şəhər məhkəməsi tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəylinin və həmin universitetin işçiləri Emin Ucar və Nizami Aloyevvin iddası əsasında İ.Nəsibova bir il müddətində şərti iş kəsilmişdi.

Previous Post

DAHA BİR KANALA XƏBƏRDARLIQ EDİLDİ

Next Post

“TRT” İLƏ YENİ MÜQAVİLƏ BAĞLANACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.