“TRT” İLƏ YENİ MÜQAVİLƏ BAĞLANACAQ

Türkiyənin TRT telekanalı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə telekanalın yayımını davam etdirmək üçün müqavilə  imzalayacaq.

Bu barədə RATİ-yə Nazirliyin “Teleradio” İstehsalat Birliyinin direktoru Əflatun Şərifov məlumat verib. Onun sözlərinə görə, “müqavilə hökumətlərarası səviyyədə imzalanacaq müqavilədir. Və hazırda  müqavilənin hazırlanma işi gedir. Müqavilə hazır olduqdan sonra imzalanmaq üçün bizə göndəriləcək”.  
 
      Bu gün Naxçıvan şəhər Apellyasiya məhkəməsində hakim Əli Allahverdiyevin sədrliyi ilə “Azadlıq” radiosunun müxbiri İlqar Nəsibov barəsində çıxarılan 1 il şərti həbs qərarın ləğvi və həbs olunarkən evində aparılan axtarış zamanı dəyən maddi – mənəvi ziyana görə kompensassiya verilməsini tələb edirdi  verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

     “Azadlıq” radiosunun əməkdaşı, İlqar Nəsibovun həyat yoldaşı Məlahət Nəssibovanın RATİ yə verdiyi məlumata görə, saat 10:00 dan başlayan proses saat 16:00 də məhkəmənin qərarı ilə başa çatıb. Qərarda məhkəmə İlqar Nəsibovun şikayətini rədd edərək, ilkin instansiyanın 1 il şərti cəza qərarını quvvədə saxladı.

     Həmçinin Məlahət Nəsibovanın söylədiyinə görə, İlqar Nəsibov prosesdı iki vəsatətlə qaldırsa da, hakim onları təmin etmədi. Vəsatətlərdən birində prosesdə fotokamera və diktofondan istifadə istənilib. İkinci vəsatətdə Nəsibov, Naxçıvan Şəhər Polis İdarəsinin işçiləri tərəfindən evində aparılan axtarış zamanı müsadirə edilmiş kompüterin qaytarılması istəyib.

     Xatırladaq ki, dekabrın 6-da üç ay müddətinə həbs edilmiş "Azadlıq" radiosunun əməkdaşı İlqar Nəsibov dekabrın 10-da Apellyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılmışdı. Lakin həmin gün Naxçıvan Şəhər məhkəməsi tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəylinin və həmin universitetin işçiləri Emin Ucar və Nizami Aloyevvin iddası əsasında İ.Nəsibova bir il müddətində şərti iş kəsilmişdi.

Previous Post

İLQAR NƏSİBOV BARƏDƏ QƏRAR QÜVVƏDƏ SAXLANILDI

Next Post

DÖYÜLƏN JURNALİSTLƏRDƏN ÜZR İSTƏNİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.