NAXÇIVAN GÖMRÜYÜ JURNALİSTLƏRİN AVADANLIQLARINI SIRADAN ÇIXARARAQ ÖZLƏRİNƏ QAYTARIB

Aprelin 6-da axşam saatlarında RATİ-nin Naxçıvandakı müxbirlərinin Sədərək Keçid Məntəqəsində gömrükçülər tərəfindən qanunsuz olaraq müsadirə olunmuş fotoaparat, videokamera və diktofonu  geri qaytarılıb.

Jurnalistlər geri qaytarılan avadanlığa  baxış keçirilərkən bəlli olub ki, gömrükçülər tərəfindən video kameraları sıradan çıxarılıb və foto aparatın yaddaş kartı götürülüb. Bu barədə məlumatı RATİ-yə jurnalist Elman Abbasov bildirib.

Müxbir deyib ki,

“Sədərək Gömrük Keçid Məntəqəsinin qaçaqmalçılıqla mübarizə bölməsinin sədri Vüsal Həsənov həmkarım Həkimeldostu Mehdiyevə zəng edərək müsadirə olunmuş avadanlıqları geri götürmək üçün gömrüyə getməyi xahiş edib.  O, əraziyə yaxın olduğu üçün gömrüyə daha tez çatıb . Avadanlıqlar müsadirə olunarkən jurnalistlərin gözləri  qarşısında qablaşdırılmasına baxmayaraq jurnalist onları stolun üzərində açıq vəziyyətdə görüb və buna etiraz edib. Jurnalist avadanlıqları təhvil almaq üçün texniki  baxış keçirmək istəsə də, gömrük əməkdaşları buna imkan verməyiblər”, – deyə qeyd edən E.Abbasov bundan bir neçə dəqiqə sonra gömrüyə çatdığını və  dərhal H.Mehdiyevlə bərabər  avadanlıqlara  baxış keçirdiklərini və qusurlar müəyyən olunub.

 E.Abbasov əlavə olaraq deyib ki,  dəfələrlə Vüsal Həsənovun mobil telefonuna zəng etsələr də o, dəstəyi qaldırmayıb. Bundan sonra iradlarını bildirmək və yaddaş kartını tələb etmək üçün gömrük məntəqəsinin sədri Mirməhəmməd Seyidovla görüşmək istəyiblər. O, otağında olmasına baxmayaraq növbətçi onun yerində olmadığını deyib.

Qeyd edək ki, RATİ-nin Naxçıvandakı müxbirləri Həkimeldostu Mehdiyev və Elman Abbasov aprelin 4-də  Sədərək Gömrük Keçid Məntəqəsində təzyiqlə üzləşiblər. Onlar Türkiyədən ezamiyyətdən qayıdarkən, gömrükdə üst-başları axtarılıb, üzərlərindəki fotoaparat, diktofon və videokamera Sədərək Gömrük Keçid Məntəqəsinin qaçaqmalçılıqla mübarizə bölməsinin sədri Vüsal Həsənov tərəfindən zorla əllərindən alınıb. Gömrüyün rəisi Mirməhəmməd Seyidovun da iştirakı ilə 2 saata yaxın mübahisə getsə də,  avadanlıqların saxlanılması ilə bağlı protokol yazılıb.

Previous Post

SABİRABADDA HƏBS EDİLƏN OQTAY GÜLALIYEV POLİSDƏ İŞGƏNCƏYƏ MƏRUZ QALIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.