SABİRABADDA HƏBS EDİLƏN OQTAY GÜLALIYEV POLİSDƏ İŞGƏNCƏYƏ MƏRUZ QALIB

Aprelin 8-də polis tərəfindən saxlanılan, bu gün isə Sabirabad rayon Məhkəməsinin qərarı ilə haqqında 12 sutka müddətinə  həbs cəzası qərarı verilmiş “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev  Sabirabad rayon polis bölməsində fiziki təzyiqə məruz qalıb.

Bu barədə dünən O.Gülalıyevin həbsilə bağlı RATİ-nin Media Mərkəzində keçirilən mətbuat konfransında “Turan” İnformasiya Agentliyinin direktoru, “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvü Mehman Əliyev məlumat verib.

M.Əliyev bildirib ki,  ona bu barədə Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri, O.Gülalıyevin vəkili  İntiqam Əliyev məlumat verib.

Belə ki, O.Gülalıyevə  “ictimai yerdə ünvansız söyüş söydüyünə görə” ittiham verilib. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə məsuliyyətə cəlb olunub.

M.Əliyevin İntiqam Əliyevə istinadən verdiyi məlumata görə, məhkəmə prosesindən  əvvəl O.Gülalıyev ona zəng edərək, bölmədə rəis müavini Rauf Məcidov və 7-8 nəfər polis əməkdaşının iştirakı ilə döyülüb.

“Onlar Oqtayın başına, qarın və aşağı hissələrimə güclü zərbələr endirdilər. O baş  gicəllənmələri və qarın hissəsində bərk ağrılardan şikayət edib. Bizdə olan son məlumata görə, Sabirabad polisinə təcilli tibbi yardım maşını çağırılıb. Amma onun kimə görə çağırıldığı bizə məlum deyil”, – deyə M.Əliyev bildirib.

“Kür” vətəndaş cəmiyyəti qərargahının digər üzvü, Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayev isə O.Gülalıyev həbs olunanda onun yanında olub.

“Bizi minbaşı kəndindən Qaragünə Polis Bölməsinə dəvət etdilər. Rəislə oturub danışırdıq ki, içəri bir nəfər mülki geyimli adam girdi və Oqtay Gülaliyevi təhqir eləməyə başladı. O Güləliyevin üzünə 4 adam saxlayacağını və onu həbs etdirəcəyini dedi. Bundan sonra bizi Sabirabad polis şöbəsinə gətirdilər. Burada isə ara qarışıq olduğundan mən qaçdım. Gecə saat 1-də qatarla birtəhər Bakıya gəldim”, – deyə qeyd edən N.Nurullayev O.Gülalıyevin  yerili icra strukturarın sifarişi ilə həbs edildiyini dedi.

M.Əliyev isə, sifarişin Bakıdan verildiyini bildirdi. “Mən də müəyyən adamlarla danışmışam və əmin oldum ki, sifariş Bakıdan və yüksək səviyyədə verilib ki, Oqtay Gülalıyevi həbs ediblər”.

Daha sonra tədbirdə, “Kür” vətəndaş cəmiyyəti qərargahının fəaliyyətinin genişləndirilməsi, Oqtay Gülalıyevin işgəncə və qeyri insani davranışa məruz qalmasına görə Ombudsmana müraciət edilməsi barədə qərar qəbul edildi. 

Previous Post

“XƏYAL” TV-NİN ƏMƏKDAŞLARI BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜB

Next Post

NAXÇIVAN GÖMRÜYÜ JURNALİSTLƏRİN AVADANLIQLARINI SIRADAN ÇIXARARAQ ÖZLƏRİNƏ QAYTARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.