NAXÇIVAN SAKİNİ PREZİDENT İLHAM ƏLİYEVDƏN SIĞINACAQ İSTƏYİR

Fevralın 17-də  Naxçıvan şəhər sakini Nadir Məmmədov prezident İlham Əliyevə müraciət edərək Bakıda ona sığınacaq verilməsini xahiş edib. Çünki muxtar respublikada onun həyatına təhlükə var.

“Naxçıvanda mənim təhlükəsizliyimə qorxu var və bu, şəxsən DİN rəhbəri Əhməd Əhmədovdan gəlir. O, mənə dedi ki, Naxçıvanı tərk edim, əgər getməsəm, mənim üçün pis olacaq”, – deyə Nadir Məmmədov Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun  mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
     Məmmədovun dediklərinə görə, polisin onu təqib etməsinin səbəbi 2010-cu il noyabrın 7-də  parlament seçkilərində Ümid Partiyasından  deputatlığa namizəd olmuş  Faiq Əliyevin müşahidəçisi olmasıdır. Hələ o vaxt ona təzyiq göstərilirdi ki, müxalifətçini dəstəkləməkdən imtina etsin. Seçkilərdən sonra öz şəxsi avtomobilində yük daşıyan Məmmədov yol polisinin əsassız iradlarına məruz qalıb. Nəticədə o, yük daşımağa son qoyub və minik maşını ilə sərnişin daşımağa başlayıb. Lakin bu da onu yol polisinin təzyiqlərindən xilas etməyib.
   Fevralın 13-də yol polisi onu növbəti dəfə saxlayaraq inzibati hüquq pozuntusu barədə protokol tərtib edib. Buna səbəb kimi maşını çirkli vəziyyətdə sürməsi göstərilib. “İki gün əvvəl qardaşım vəfat edib, maşın yumaq yada düşmürdü. Bundan əlavə, maşının nömrəsi və faraları təmiz idi və cəriməyə əsas yox idi. Odur ki, yol polisi rəhbərliyinə müraciət etmişəm”, –  deyə Məmmədov bildirib.
       Bundan əlavə o, bu RATİ-nin Naxçıvandakı əməkdaşlarına xəbər verib.
     Bununla əlaqədar fevralın 15-də Məmmədov DİN-ə çağırılıb. Şəxsən nazir Əhməd Əhmədov onu təhqir edib və bir neçə zərbə endirib. Bundan başqa Əhmədov onun üç barmağını kəlbətinlə əzib və deyib ki, ya Naxçıvanı tərk eləsin, ya da DİN-dən cıxan kimi RATİ-nin Naxçıvandakı əməkdaşı i Elman Abbasova vursun ki,  onu rahat buraxacaqlar.
       “Mənin yazıq Elmanla nə işim var. O olmasaydısa məni nazirlikdə bəlkə də öldürəcəkdilər. Ona görə növbəti gün mən Bakıya gəldim. Lakin qalmağa yerim yoxdur, nazirin təhdidlərinə görə Naxçıvana qayıda bilmərəm. Odur ki, cənab prezidentdən xahiş etdim ki, mənə burada sığınacaq versin”,  – deyə Məmmədov vurğulayıb.
  Habelə Nadir Məmmədov Muxtar Respublika DİN rəhbərinin və onu sonuncu dəfə saxlayan yol polisi əməkdaşlarının cəzalandırılmasına nail olmaq niyyətindədir.
        Məmmədov artıq İşgəncələr Əleyhinə Komitəyə və ombudsmana müraciət edib.
Axşam saatlarında    Nadir Məmmədov RATİ-yə zəng edərək qardaşı Kərəm Məmmədovun  həbs edilməsi barədə məlumat verib. O bir-neçə saatdan sonra sərbəs buraxılıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ GÖMRÜKDƏN BAŞLAMAĞI TÖVSİYƏ EDİR

Next Post

DƏVƏTNAMƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.