MÜŞAHİDƏ ŞURASININ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏRİN ADINI YAXIN GÜNLƏRDƏ AÇIQLANACAQ

Mətbuat Şurası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlərin siyahısı yaxın zamanlarda media nümayəndələrinə açıqlanacaq.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumatı Mətbuat Şurasının sədri Əflatun Amaşov  verib. O, bildirdi ki, Azərbaycan Mətbuat Şurası doqquz nəfəri kütləvi informasiya vasitələrindən, doqquz nəfəri jurnalist təşkilatlarından olmaqla Müşahidə Şuranın üzvlüyünə on səkkiz namizəd irəli sürür.
Ə.Amaşovun sözlərinə görə, əsas üstünlük Mətbuat Şurasının İdarə Heyətinin üzv olanlara veriləcək. Belə ki, sədr bildirib ki, İdarə Heyəti sonuncu qurultayında etimad göstərilərək, Mətbuat Şurası İdarə Heyətinə daxil olan redaktorların, jurnalist təşkilatları rəhbərlərinin adlarını namizədlər sırasına daxil edilməsi ilə bağlı qərara gəlib: “İdarə Heyətində nə qədər KİV rəhbəri, jurnalist təşkilatından olan nümayəndə varsa, onların siyahıya alınmasını istəyirik”.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI DAHA BİR İDDİA

Next Post

MİRZƏ SAKİT EVİNDƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.