RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ NARDARAN SAKİNLƏRİ MƏTBUAT KONFRASI KEÇİRİB

Bu gün (19 sentyabr)  RATİ-nin mətbuat mərkəzində Nardaran qəsəbəsinin bir qrup sakini torpaqlarının əllərindən alınması ilə bağlı mətbuat konfransı kecirdi.

Konfrasda şikayətçi sakinlərin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə sakinlərin ata-baba mülkü olan torpaqların ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Esküderonun gəlini Nigar Nəzərova tərəfindən qanunsuz olaraq əllərindən alındığını bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilsədə hec bir nəticə yoxdur.
“Buna görə də hakimiyyət orqanlarına 10 gün vaxt veririk. Bu müddət ərzində heç bir cavab çıxmasa hüquq müdafiəçilərinə, səfirliklərinə müracət edəcəyik”, – deyə Əlizadə vurğulayıb.
 
Tədbirdə o da qeyd olundu ki, narazı nardaranlılar hər gün saat  11.00-15.00 arası Nardaran qəsəbəsində “Səfixanlı” ərazisində toplanırlar. Onlar jurnalistləri bu müddət ərzində gəlib çəkiliş aparmağa dəvət etdilər. Nardaran sakinləri əlaqə saxlamaq üçün koordinatlarını da jurnalistlərə elan etdilər: (070) 607-04-22; (051) 817-58-11; (055) 881-86-11; e-mail: r_alizade@mail.ru.

Qeyd edək ki, bu sosial problemə aid olan mövzu üzrə bağlı konfransın RATİ-nin mətbuat mərkəzində keçirilməsinə səbəb Nardaran qəsəbəsi sakinlərinin mətbuat konfransı keçirməyə yer tapa bilməmələri ilə bağlıdır.  (http://www.irfs.az/content/view/1230/28/lang,az/).  Qəsəbə sakinləri bir necə mətbuat mərkəzinə müraciət edərək tədbir keçirmək istəsələr də “Gündəlik Bakı” qəzetindən başqa onlara bu imkan yaradılmayıb.

Previous Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSƏSİNƏ KÖÇÜRÜLÜB

Next Post

RATİ-NİN HAZIRLADIĞI JURNALİST GÖDƏKCƏLƏRİNİN TƏQDİMATI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.