NATİQ ƏDİLOV VƏ QAN TURALI ZƏRƏRÇƏKƏN ŞƏXS QİSMİNDƏ TANINDILAR

İyulun 2-də “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov  və kulis.az saytının baş redaktoru Qan Turalı (Tural Cəfərov ) Oğuz rayon Prokurorluğuna dəvət olunublar.

N. Güləhmədoğlunun “Azadlıq” qəzetinə verdiyi məlumatına görə, rayon prokuroru Ruslan Ağayev hər iki jurnalisti qəbul edib və dəvətin məqsədinin rayonda yerləşən “Afra” hoteldə jurnalistlərin  şəxsi həyatlarına edilən müdaxilə ilə bağlı olduğunu deyib:
“Hər ikimizdən şahid qismində ifadə alındı. Bundan sonra zərərçəkən şəxs kimi bizi tanıdılar. Hadisə ilə bağlı prokurorluğda  Cinayət Məcəlləsinin 156.1 maddəsi ilə (şəxsi həyatın toxunulmazlığını pozma – şəxsi və ailə həyatının sirri olan məlumatların qanunsuz toplanılması) cinayət işi qaldırıldığı barədə bizə məlumat verildi”, –deyə Natiq Ədilov bildirib.
            Xatırladaq ki, 2011-ci ilin aprelində  jurnalistlər Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda keçirilən təlimdə iştirakları zamanı onların yaşadıqları otel otağında gizli çəkilmiş video görüntüləri “Lider” televiziyasında yayımlanıb. Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi tələbinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə cavabdehlərin hər birindən vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi  barədə  tələblə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. 1 may 2012-ci ildə Yasamal rayon Məhkəməsi Natiq Ədilovun iddiasının təmin edilmədiyini, onun üzərinə 150 manat  ekspertiza xərclərinin ödənilməsi barədə öhdəlik qoyulduğunu elan etmişdi.
 
Previous Post

SƏHMDARLAR BAKU STEEL COMPANYDƏN ŞİKAYƏTÇİDİR

Next Post

HİLAL MƏMMƏDOVLA BAĞLI PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.