MTN ELMAR HÜSEYNOVLA BAĞLI MÜRACİƏTİ CAVABLANDIRIB

Martın 7-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevin imzası ilə RATİ-yə cavab məktubu daxil olub.

Məktubda bildirilir ki, "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi faktına dair başlanılmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Gürcüstan vətəndaşları Xubanov Tahir Bayram oğlu və Əliyev Teymuraz Adil oğlu təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində beynəlxalq axtarış elan edilmişdir. Həmin şəxslərin axtarışları və dindirilmələri, bu qətlə aidiyyatı ola bilən digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı Gürcüstan hüquq-mühafizə orqanları qarşısında 6 vəsatət qaldırılmış, istintaq-əməliyyat qrupunun üzvləri 4 dəfə həmin ölkəyə ezam olunmuşdur. Vurğulanır ki, hazırda aktiv istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, RATİ fevralın 20-də Elmar Hüseynovun istintaqının gedişi barədə rəsmi açıqlama verməsi xahişi ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etmişdi.

Previous Post

DÖYÜLƏN JURNALİSTİN İŞ MATERİALLARI BAŞ POLİS İDARƏSİNƏ GÖNDƏRİLİB

Next Post

QƏZETİN TƏSİSÇİSİNİN VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.