QƏZETİN TƏSİSÇİSİNİN VƏSATƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün Nəsimi rayon məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə "ANS press" Nəşriyyat Evinin  "Azadlıq fədailəri" qəzetinə qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, keçən məhkəmə prosesində qəzetin təsisçisi Təhmasib Novruzov vəsatət qaldıraraq, məhkəmədən anspress.com saytında verilən və məqalənin yazılmasına səbəb olan şəklin ekspertizaya göndərilməsini istəmişdi. Bu günkü məhkəmədə isə hakim vəsatəti təmin etmədi. Bu səbəbdən də T. Novruzov məhkəmədə üçüncü tərəf kimi iştirak etməkdən imtina edərək məhkəmə zalını tərk etdi. Bu haqda RATİ-yə məlumat verən iddiaçı tərəfin vəkili Tofiq Hacıyev bildirdi ki, “qəzetin təsisçisi zalı tərk etdikdən sonra hakim son çıxış üçün növbəti məhkəmə prosesini 14 mart saat 15:00-a təyin etdi.
Xatırladaq ki, "ANS press" Nəşriyyat Evi   "Azadlıq fədailəri" qəzetini və qəzetin Allahverdi Nəbi adlı əməkdaşını qəzetin 28.11 – 01. 12. 2007-ci il tarixli sayında dərc edilmiş yazıya görə məhkəməyə verib. İddiaçı qəzetdə "ANS-in pornoqrafiyası" başlıqlı və "ANS hər zaman, hər yerdədir-tərbiyəsizliyi ilə" sərlövhəli məqaləsində yazılan yazıların həqiqətə uyğun olmadığını, yalan, alçaldıcı və təhqiredici məlumatlar olduğunu hesab edir. "ANS press" Nəşriyyat Evi məhkəmədən qəzetin  təkzib verməsi, qəzetdən 50000 (əlli min) manatın tutulması, qəzetin əməkdaşı Allahverdi Nəbidən isə 10000 (on min) manatın tutulması haqqında qətnamə çıxarmasını xahiş edib.   

Previous Post

MTN ELMAR HÜSEYNOVLA BAĞLI MÜRACİƏTİ CAVABLANDIRIB

Next Post

JURNALİSTİN İDDİASI İCRAATA GÖTÜRÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.