MTRŞ YENİ MƏDƏNİYYƏT KANALI İLƏ BAĞLI MÜSABİQƏ ELAN EDİB

Milli Televiziya və Radio Şurası (MTRŞ) mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib. Bu barədə APA məlumat yayıb.

Şuranın iyulun 30-da keçirilən iclasında ölkədə teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilib. Şura üzvləri teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığını xüsusi qeyd edib, Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli mənəvi dəyərlərinin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd ediblər.  

 

MTRŞ “Televiziya və Radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının – mədəniyyət telekanalının açılması ilə bağlı Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna müsabiqə elan edib. Müsabiqəyə ərizə qəbulu avqustun 04-dən sentyabrın 15-dək aparılacaq.

 

Previous Post

ELAN!

Next Post

TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN İŞİNİ XƏZƏR RAYON POLİS İDARƏSİ ARAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.