MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASI YENƏ DƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ

Bu gün (30 iyul) Səbail rayon məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi  ilə Milli Televiziya və Radio Şurasına qarşı iddia üzrə keçiriləcək məhkəmə növbəti dəfə təxirə salınıb. Prosesin təxirə salınma səbəbi isə MTRŞ-nın nümayəndəsinin yenə də məhkəmə prosesinə qatılmaması olub.

Məhkəmə prosesi  5 avqust saat 14:30-a təyin olunub.

 

Qeyd edək ki, “Televiziya və Alternativ Media İnkişaf Mərkəzi” İctimai Birliyinin təsisçisi Rəsul Cəfərov və “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadə Bakı və Abşeron yarımadasında yayımlanacaq radionun müvafiq tezlikdə fəaliyyətə başlaması üçün lisenziya almaq məqsədilə MTRŞ-ya müraciət ediblər. MTRŞ kifayət qədər boş qalmış tezliyin olduğunu bildirsə də, tezlik ayırmaqdan və lisenziya verməkdən imtina etmişdir. İddiaçılar MTRŞ-nın hərəkətindən şikayət verərək dövlət qurumunun hərəkətinin qanunsuz hesab edilməsini və iddiaçılara lisenziya verilməsinin bu quruma həvalə olunmasını xahiş ediblər.

 

 

 

 Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,556/lang,az/

 

 

Previous Post

JURNALİSTLƏR ELMİN BƏDƏLOV VƏ ANAR GƏRAYLI İLƏ MÜSAHİBƏ

Next Post

ATƏT AZƏRBAYCANDA HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASINDA İSRARINI DAVAM ETDİRƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.