NAZIM QULİYEVİN RAUF ARİFOĞLU VƏ AZƏR AYXANA QARŞI İDDİASI MƏHKƏMƏ BAXIŞINA TƏYİN OLUNMADI

Dünən Yasamal rayon Məhkəməsində hakim Ayaz Məmmədovun sədrliyi ilə “İdeal” qəzetinin keçmiş baş redaktoru Nazim Quliyevin (şantaj, təhqir və böhtan atma üzrə 13 il azadlıqdan məhrum edilib) “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və baş redaktorun birinci  müavini Azər Ayxana qarşı xüsusi ittiham qaydasında qaldırdığı şikayət ərizəsi üzrə hazırlıq iclası keçirilib. İclasda iddiaçı tərəfindən verilən iddia ərizəsinin forma və məzmun etibarı ilə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olmadığı müəyyən edilib. Bu səbəbdən iş məhkəmə baxışına təqdim edilməyib.

Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.

İddiaya səbəb 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan 20 məqalə səbəb olub. İddiaçılar “Nazim Quliyev PKK-nı təbliğ edir”, “Nazim Quliyevin arxasında kim durur”, “Nazim Quliyev yenə Bəylər Əyyubovun adından istifadə edir”, “Nazim Quliyev Apellyasiya Məhkəməsinə 350 min manat rüşvət vermək istəyir” və digər yazılar səbəb olub. İddiadaçı cavabdehlərin CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması istənilir.

     Xatırladaq ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı  15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.

Previous Post

NİGAR YAQUBLUNUN HƏBSİ İCTİMAİ QINAĞA ÇEVRİLMƏLİDİR

Next Post

ALİ MƏHKƏMƏ “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.