ALİ MƏHKƏMƏ “YENİ MÜSAVAT” VƏ “AZADLIQ” QƏZETLƏRİNİN KASSASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Sentyabrın 24-də Ali Məhkəmədə hakim Rəşadət Ağayevin sədrliyi ilə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı qəzetlərin  Bakı Apellyasiya Məhkəməsinin 2 fevral 2012-ci il tarixli qərarından verilən kassasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarıb. Bu barədə “musavat.com” saytı məlumat yayıb.

Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi. 23 yanvar 2012-ci il tarixində Yasamal rayon Məhkəməsi iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də 2 fevral 2012-ci ildə  bu qərardan verilən apellyasiya  şikayətini təmin etməyib.
      Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Azadlıq” və “Yeni Müsavat” qəzetləri 1989-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

NAZIM QULİYEVİN RAUF ARİFOĞLU VƏ AZƏR AYXANA QARŞI İDDİASI MƏHKƏMƏ BAXIŞINA TƏYİN OLUNMADI

Next Post

JURNALİST TƏHSİLİ TƏCRÜBƏ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.