Layihə
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kəşfiyyat və əks kəşfiyyat haqqında Azərbaycan Respublikasının Qanununa və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə
“Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
II. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250, №6, maddə 328; 2004-cü il, № 3, maddə 133; 2005-ci il, № 12, maddə 1079; 2006-cı il, №2, maddə 64, № 11, maddə 933, № 12, maddə 1005; 2007-ci il, № 6, maddə 560) 21-ci maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.”
III. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 2, maddə 82; 2001-ci il, № 12 , maddə 736, 2002-ci il, № 3, maddə 116; № 5, maddə 245; 2004-cü il, №2, maddələr 57, 58; 2005-ci il, № 4, maddə 278; 2007-ci il, № 8, maddə 752, № 11, maddə 1079) 60-cı maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
IV. “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 601; 2006-cı il, № 2, maddə 64, № 3, maddə 221) aşağıdakı məzmunda 4. 6-cı maddə əlavə edilsin:
“4. 6. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
V. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1080) aşağıdakı dəyişiklik əlavə edilsin:
6. 0-6.0. 11-ci maddələr müvafiq olaraq 6. 1-6.1.11-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
“6.2. “Əməliyyat axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
''Məlumat azadlığı haqqında'' Azərbaycan Respublikasının Qanununa, “Əməliyyat axtarış tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”Azərbaycan Respublikasının Qanununa, ''İnformasiya əldə etmək haqqında'' Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi ilə barədə qanun layihəsinə dair
I. ''Məlumat azadlığı haqqında'' Azərbaycan Respublikasının Qanunu
14-cü maddə
Mövcud variantMaddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ
Şəxsiyyət haqqında məlumat qanunla müəyyən edilmiş qaydada toplanır. Məlumatın aldatma, hədəqorxu və başqa qanunsuz vasitələrlə toplanması qadağandır.
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilən məlumatlar, habelə cinayət işinin istintaqı ilə əlaqədar toplanılan məlumatlar istisna olmaqla şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar aşağıdakı hüquqları vardır:
* onun haqqında toplanan məlumatla tanış olmaq;
* məlumat toplanması vaxtı onun haqqında toplanan məlumatın hansı məqsədlə və necə, həmin məlumatın kim tərəfindən istifadə olunmasını bilmək;
* məlumatda dəqiqləşdirmələr aparılmasını tələb etmək.
Qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə etməsinə yol verilmir.
Şəxslər haqqında məlumatın saxlanılması qanuni məqsədlər üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan müddətdən çox ola bilməz.
Məhkəmənin qərarı olmadan gizli şəkildə məlumatın alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etmək, poçt və teleqraf göndərişlərini yoxlamaq, telefon danışıqlarına qulaq asmaq qadağandır.
14-cü maddə
Təklif olunan variant
Maddə 14. Şəxsiyyətin onun haqqında toplanmış məlumatla tanış olmaq hüququ

Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
II. Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
II. İnsanın hüquq və azadlıqları, hüquqi şəxslərin qanuni mənafeləri pozulduqda, habelə haqqında əməliyyat-axtarış tədbirləri keçirilmiş şəxsin hüquqpozmaya aidiyyəti təsdiq olunmadıqda əməliyyat-axtarış fəaliyyətinin subyekti pozulmuş hüququ bərpa etməyə və vurulmuş maddi və mənəvi ziyanı ödəməyə borcludur.

III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat axtarış tədbirlərinin tətbiqi istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu
60-cı maddə
Mövcud variant
Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət
Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;
4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
5) pornoqrafik materialları dərc etdikdə və ya verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
60-cı maddə
Təklif olunan variant
Maddə 60. Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadəyə görə məsuliyyət
Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan başqa informasiyanı onun mənbəyini göstərmədən yaydıqda;
4) vətəndaşların şəxsi həyatına qəsd etdikdə;
5) pornoqrafik materialları dərc etdikdə və ya verdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar.
Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
IV. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu
4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti zamanı şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına yol verilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti prosesində hər kəsin şəxsi və ailə həyatı barədə əldə edilmiş sirlərin onun razılığı olmadan açıqlanmasına yol verilmir.
4.3. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən mənzil toxunulmazlığı, telefon danışıqları, poçt, teleqraf və digər göndərişlər vasitəsi ilə ötürülən məlumatların sirrini saxlamaq hüquqlarının məhdudlaşdırılması, həmçinin texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə əlaqədar tədbirlərin keçirilməsinə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.
4.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına yol verdikdə, müvafiq subyektlər bu hüquq və azadlıqların bərpa olunması, dəymiş zərərin ödənilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidirlər.
4.5. Hakimiyyətdən sui-istifadə etmiş və ya qulluq səlahiyyətlərini aşmış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
4.6-cı maddə

4.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətlərinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
V. ''İnformasiya əldə etmək haqqında'' Azərbaycan Respublikasının Qanunu
Maddə 6. İnformasiya əldə olunmasının əsas prinsipləri
6.0.1. informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
6.0.2. informasiyanın əldə olunmasının qanuniliyi;
6.0.3. dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
6.0.4. informasiyanın maksimum açıqlığı;
6.0.5. informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
6.0.6. informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması;
6.0.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
6.0.8. bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;
6.0.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
6.0.10. informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;
6.0.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.
Maddə 6
Təklif olunan variant
Maddə 6. İnformasiya əldə olunmasının əsas prinsipləri
6.1.1. informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilməsi;
6.1.2. informasiyanın əldə olunmasının qanuniliyi;
6.1.3. dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi;
6.1.4. informasiyanın maksimum açıqlığı;
6.0.5. informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi;
6.1.6. informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması;
6.1.7. informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi;
6.1.8. bu Qanunla müəyyənləşdirilmiş hallar istisna olmaqla informasiyanın əldə edilməsinin ödənişsiz həyata keçirilməsi;
6.1.9. informasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahiblərinin məsuliyyət daşıması;
6.1.10. informasiya əldə edilməsinə qoyulan məhdudiyyətin bu məhdudiyyəti doğuran əsaslardan daha artıq müəyyənləşdirilməməsi;
6.1.11. ictimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqlamağa görə vəzifəli şəxslərin təqib olunmaması.
6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.