XARİCİ RADİOLARLA BAĞLI ABŞ-la AZƏRBAYCAN ARASINDA MÜZAKİRƏLƏRƏ BAŞLANILIB

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Yayım Şurasının nümayəndələri Azərbaycanda səfərdədirlər. Bu xəbəri “Turan” İnformasiya Agentliyinə ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib.

T. Devidsonun sözlərinə görə səfərin məqsədi, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 30 dekabr 2008-ci il tarixli qərarına əsasən FM tezliklərində yayımına qadağa qoyulan  “Azadlıq” və “Amerikanın səsi” radiolarının yayımının bərpası ilə bağlı Azərbaycan hakimiyyəti ilə müzakirələr aparmaqdır. Yayım Şurasının nümayəndələrinin konkret ideya və təkliflərinin olduğunu bildirən T. Devidson bu təkliflərin keçiriləcək görüşlər zamanı müzakirə ediləcəyini söyləyib.     
Xatırladaq ki, MTRŞ-nın 30 dekabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycanda yayımlanan “Azadlıq”, "Amerikanın səsi" və  “BBC” radiolarının yerli FM tezliyində yayımı qadağa qoyulub.
Previous Post

QƏNİMƏT ZAHİD 46 YAŞINI HƏBSDƏ QARŞILADI

Next Post

“ELMAR HÜSEYNOV MÜKAFATI” ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMƏYƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.