QƏNİMƏT ZAHİD 46 YAŞINI HƏBSDƏ QARŞILADI

 Bu gün (10 fevral) “Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahidin (Zahidov) 46 yaşı tamam olur. Bu münasibətlə jurnalistə baş çəkən həyat yoldaşı Ayəndə Mürsəliyeva Q. Zahidin səhhətinin normal olduğunu bildirib.

Q.Zahidin ona ad günü münasibəti ilə ünvanlanan təbrik məktublarını qəbul etdiyini bildirən A. Mürsəliyeva, baş redaktorun həmkarlarına möhkəm olmağı və sınmamağı arzuladığını da bildirib.  
 Xatırladaq ki, Qənimət Zahid Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə şərlənərək 3 il 6 ay, CM 221-ci maddəsi ilə isə xuliqanlıqda şərlənərək  6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

BAHAR MURADOVA MTRŞ-NİN QƏRARINI HAQLI HESAB EDİR

Next Post

XARİCİ RADİOLARLA BAĞLI ABŞ-la AZƏRBAYCAN ARASINDA MÜZAKİRƏLƏRƏ BAŞLANILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.