NEMƏT PƏNAHLININ KASASSİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu Ceyhun Fərzəliyevin Bakı Apellyasiya Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli qərarından verdikləri kasassiya şikayətinə baxılıb.

Vəkillər Elçin Əliyev və Sadiq Bağırov Pənahlı və onun dostuna qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu, 1-ci instansiya və apellyasiya məhkəməsinin qərarının ədalətsiz olduğunu bildiriblər. Vəkillər hər iki məhkəmə qərarının yalnız bir şahidin ifadəsinə əsaslandığını, həmin ifadənin isə heç bir əsasa söykənmədiyini vurğulayıblar. Hər iki vəkil müdafiə etdiyi şəxslərə bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Dövlət ittihamçısı isə kasassiya şikayətini əsassız adlandıraraq apellyasiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş edib.

Hakim kasassiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, ötən il yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzəliyev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Nəsimi rayon məhkəməsi hər iki şəxsi cinayət məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli bilərək Nemət Pənahlının 6 il, Ceyhun Fərzəliyevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmış, Bakı Apellyasiya Məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdı.

 

Previous Post

ELAN!

Next Post

ƏVƏZ ZEYNALLININ İŞİNDƏ ZƏRƏRÇƏKMİŞLƏR İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.