ƏVƏZ ZEYNALLININ İŞİNDƏ ZƏRƏRÇƏKMİŞLƏR İFADƏ VERİB

      Bakı Ağır Cinayətlər məhkəməsində “Xural” qəzetinin baş redaktoru   Əvəz Zeynallı ilə bağlı proses zərərçəkən hesab olunan şəxslərin ifadə verməsi ilə davam etdirilib.

İlk ifadə verən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Xural” qəzetində barəsində şər-böhtan yazıldığına görə məhkəməyə müraciət etdiyini bildirib. O barəsində yazılanlara görə təkzib verilməsi və qəzetin 5 min manat cərimə ödəməsi ilə bağlı məhkəmə qərarının Əvəz Zeynallı tərəfindən ödənilmədiyini bildirib.

Əvəz Zeynallı Səfərli barədə yazılanlarla bağlı onun da mövqeyini işıqlandırmaq üçün dəfələrlə vəkili vasitəsilə müraciət etdiyini, lakin heç bir cavab verilmədiyini bildirib. Cərimənin ödənməməsinə gəldikdə isə, bu barədə məhkəmə qərarı olsa da, ondan bu pulun tələb olunmadığını bildirib.

Növbəti zərərçəkən müğənni Nüşabə Ələsgərli 2007-ci ildə “Xural” qəzetinin hansısa əməkdaşı tərəfindən ona zəng edilərək pul tələb edildiyini, əks təqdirdə yarıçılpaq şəkillərinin qəzetdə yerləşdiriləcəyi ilə hədələndiyini dedi. O həmçinin qəzetdə bir neçə dəfə təhqir olunduğunu da bildirdi.

Əvəz Zeynallı isə məhkəmədən 2007-ci ildə ildə Nüşabə Ələsgərliyə zəng edərək onu hədələyən şəxsin kim olduğunu araşdırmaq üçün müvafiq orqanlara sorğu göndərilməsini xahiş etdi. Zeynallı həmçinin qəzetdə Nüşabə Ələsgərli ilə bağlı yazını məhkəmə zalında səsləndirərək burdakı ifadələrin ona aid edilmədiyini bildirdi.

Məhkəmənin gedişində Nüşabə Ələsgərli ilə prosesdə iştirak edən şəxslər arasında bir neçə dəqiqəlik mübahisə yarandı.

Proses 27 iyun saat 14:00-da növbəti zərərçəkənlərin ifadə verməsi ilə davam etdiriləcək.

Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvar ayının 17-də baş redaktorun həbs müddəti üç ay uzadılıb.

 
Previous Post

NEMƏT PƏNAHLININ KASASSİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

MEHMAN HÜSEYNOVUN MÜAYİNƏSİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.