MİRZƏ SAKİTİN SƏHHƏTİ PİSLƏŞİB

Həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakitin səhhətində ciddi problemlər var.

Bu haqda RATİ-yə məlumat verən jurnalistin həyat yoldaşı Rəna Zahidova bildirib ki, yanvar ayının 2-də onunla görüşüb. Jurnalistin 14 saylı Cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində saxlanıldığını vurğulayan R.Zahidova  jurnalistin ürəyində və ayaqlarında şiddətli ağrıların olduğunu qeyd edib. “Eyni zamanda o həddindən artıq çəki itirib”.

     RATİ bununla əlaqədar 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovla əlaqə saxladı. Ə.Həsənov hər hansı bir məlumat verməkdən imtina edərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlamağı məsləhət gördü. Bayram günləri olduğu üçün Mehman Sadıqovla əlaqə saxlaya bilmədik.

Previous Post

VİLAYƏT EYVAZOV MİRZƏ SAKİT HAQQINDA DANIŞMAYIB

Next Post

QƏNİMƏT ZAHİDOVA QARŞI YENİ İTTİHAM İRƏLİ SÜRÜLƏ BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.