AZƏRBAYCANDA YENİ BEYNƏLXALQ TELEVİZİYA AÇILACAQ

Azərbaycanda yeni beynəlxalq televiziya açılacaq.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya məlumat verib.Yeni beynəlxalq televiziya “Azerbaijan İnternational” adlandırılacaq. Efirə gedəcək veriliş və xəbərlər ingilis, rus, fars, türk və erməni dillərində yayımlanacaq.
Televiziyanın açılması ilə əlaqədar yaxın günlərdə MTRŞ iclas keçirəcəyini deyən N.Məhərrəmli bildirib ki, yeni televiziyanın hansı tezlikdə yayımlanacağı hələ ki müəyyənləşdirilməyib.
MTRŞ sədri onu da vurğulayıb ki, kanal dövlət tərəfindən maliyyələşməyəcək. Yeni televiziyada hansı dilə nə qədər zaman ayrılacağını isə müsabiqədə qalib gələcək şirkət müəyyənləşdirəcək.
Onu da qeyd edək ki, yeni açılacaq beynəlxalq televiziya haqqında məlumat almaq üçün MTRŞ-nın sədri N.Məhərrəmlinin köməkçisi Toğrul Məmmədov ilə əlaqə yaratdıq. Lakin o, məzuniyyətdə olduğu üçün bu məsələdən xəbərsiz olduğunu söylədi. N.Məhərrəmliyə isə dəfələrlə zəng etməyimizə baxmayaraq, MTRŞ sədri telefona cavab vermədi.
Previous Post

İTV-YƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Next Post

MƏHKƏMƏ CAVABDEHƏ SORĞUNU CAVBLANDIRILMASI ÜÇÜN BİR HƏFTƏ VAXT VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.