Dünən (02 mart) 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə "Azərbaycanfilm" Kinostudiyası və "Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyinin, “İctimai Televiziya və Radio yayımları” Şirkətinə (ITV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə iddiaçı tərəf İctimai televiziyada nümayiş olunan Azərbaycan filmlərinin bəzilərini o cümlədən 17 filmdən ibarət 14 kaseti və bir neçə filmdən ibarət diski məhkəməyə təqdim etdi. Məhkəmə zalında filmlərdən bəzilərinə bir neçə dəqiqə baxış keçirildi. Cavabdeh tərəfin nümayəndəsi Tahir Məmmədov öz çıxışında göstərilən filmləri sübut kimi qəbul etmədiklərini, bunun videomontaj vasitəsi ilə də düzəltməyin də mümkün olduğunu vurğuladı və filmlərin ekspertizaya göndərilməsinin vacib olduğunu qeyd etdi.
T.Məmmədov 2008-ci ilin yanvar ayında "Azərbaycanfilm" Kinostudiyası və "Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyinə müqavilə bağlamaq haqqında məktub göndərdiklərini amma iddiaçı tərəfin müqavilə bağlamaq istəmədiyini hakimin nəzərinə çatdırdı.
T.Məmmədov 2008-ci ilin yanvar ayında "Azərbaycanfilm" Kinostudiyası və "Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyinə müqavilə bağlamaq haqqında məktub göndərdiklərini amma iddiaçı tərəfin müqavilə bağlamaq istəmədiyini hakimin nəzərinə çatdırdı.
İddiaçı tərəfin nümayəndəsi Əkbər Bağırov isə 2007-ci ilin avqust-noyabr aylarında İctimai televiziyada yayımlanan verilişlərin proqramını hakimə təqdim etdi. Məhkəmə prosesində cavabdeh tərəfin vəkili Cavid Alıyev “İTV”-nin müqavilə bağlamağa hazır olduğunu lakin borcları vermək niyyətində olmadığını bildirdi. Hakim tərəflərin fikirlərini öyrəndikdən sonra bir günlük müşavirə elan etdi. Prosess 03 mart saat 11:00-a təyin edildi.
Bu gün (03 mart) keçirilən məhkəmə prosesində isə hakim T. Əsədova "Azərbaycanfilm" Kinostudiyası və "Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyinin, “İctimai Televiziya və Radio yayımları” Şirkətinə (ITV) qarşı qaldırdığı iddianın təmin olunmaması barədə qərar qəbul etdi. “İctimai Televiziya və Radio yayımları” şirkətinin borcları ödəmədən müqavilə bağlamaq haqqında "Azərbaycanfilm" Kinostudiyası və "Professional Kinorejissorlar Gildiyası" İctimai Birliyinə qarşı qaldırdığı iddia isə təmin olundu.