ÖZƏL TELEKANALLARIN ÜZƏRİNƏ YENİ VƏZİFƏLƏR QOYULACAQ

“Trend” İnformasiya Agentliyinin dünən yaydığı məlumata görə MTRŞ prezidentliyə namizədlərin  özəl telekanallarda təşviqat kampaniyası ilə bağlı yeni qaydalar tətbiq edəcək.

Bu barədə “Trend”ə məlumat verən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, “namizədlər telekanallarda gün ərzində efirin 20 faizindən çox istifadə edə bilməzlər və bununla bağlı “Televiziya və radio yayımı haqqında” qanunun tələbləri tətbiq ediləcək”.

     Məhərrəmli deyib ki, “özəl telekanallar Məcəllədə olan boşluqdan sui-istifadə edirlər. Mən hesab edirəm ki, namizədlər yalnız reklama verilən vaxtdan istifadə edə bilərlər. Bu Seçki Məcəlləsində  öz əksini tapmalıdır. Prezident seçkisinə qədər bu məsələ həll olunmasa,  Teleradio Şurası reklama qoyulan tələbləri əsas götürəcək. Belə olan halda namizədlər bir saatda 12 dəqiqədən artıq efir vaxtından istifadə edə bilməyəcəklər”.

     Azərbaycan MSK-nın katibi Natiq Məmmədov “Trend”ə bildirib ki, dövlət mülkiyyətində olmayan özəl telekanal rəhbərləri prezidentliyə namizədlərə bərabər şəraitin yaradılmasında məsuliyyət daşımalıdır. Onun sözlərinə görə özəl telekanallar bütün namizədlərə eyni efir vaxtı ayırmalı və siyasi reklama görə eyni məbləğdə vəsait almalıdırlar. Məmmədov vurğulayıb ki, özəl telekanallarda prezidentliyə namizədlərin təşviqat kampaniyasının prinsipləri Seçki Məcəlləsində əksini tapmadığından, bu sahədə müəyyən boşluqlar yaranır. Məcəlləyə əsasən püşk atılır və bərabər vaxt ayrılır.

Previous Post

“AZƏRMƏTBUATYAYIM”-IN YENİ SAHİBİ MƏLUM OLDU

Next Post

“MOZALAN” TELEJURNALI BƏRPA OLUNA BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.