“AZƏRMƏTBUATYAYIM”-IN YENİ SAHİBİ MƏLUM OLDU

“Azərmətbuatyayımı” açıq səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən keçirilən investisiya müsabiqəsinin nəticələri açıqlanıb.

“Azərmətbuatyayımı” ASC-nin səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsində “Kaspi Mətbuat Yayımı” məhdud məsuliyyətli cəmiyyəti qalib olub. “Kaspi Mətbuat Yayımı” məhdud məsuliyyətli cəmiyyəti təqdim etdiyi İnvestisiya Proqramına və komitə ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, səhmdar cəmiyyət bir il ərzində 450 min manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. “Kaspi” qəzetinin bu günkü sayındakı məlumatda bu investisiyaların ilk növbədə yerli və xarici mətbuatın respublika üzrə yayımı işlərinin beynəlxalq standartlar səviyyəsində qurulması və bu sahədə operativliyin təmin olunması məqsədilə kompleks işlərin həyata keçirilməsinə yönəldiləcəyi də qeyd olunub.

     * “Kaspi Mətbuat Yayımı” MMC-nin yüksək rütbəli dövlət məmurunun yaxın qohumunun nəzarətində olan biznes strukturlarına məxsus olması ilə bağlı məlumatlar  mövcuddur.

Previous Post

FƏTULLAYEV BARƏDƏ HƏBS QƏRARI QÜVVƏDƏ SAXLANILDI

Next Post

ÖZƏL TELEKANALLARIN ÜZƏRİNƏ YENİ VƏZİFƏLƏR QOYULACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.