AŞPA-NIN YENİ PREZİDENTİ AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR VƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI SUALI CAV

Dünən (25 yanvar) Avropa Şurasının baş katibi Thorbyörn Yaqland Strasburqda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanda siyasi məhbusların, o cümlədən gənc bloggerlərin azadlığa buraxılması çox mühüm məsələdir.

“Turan”ın Avropa Şurasının siyasi məhbuslar, həbs edilmiş bloggerlər və jurnalistlər probleminin həlli üçün hansı addımları atması barədə sualına cavab verərkən bildirib. Yaqland bildirib ki, onlar Azərbaycandan bu problemin həllini israrla tələb edirlər və əlavə edib ki, Azərbaycan rəhbərliyi qarşısında bununla bağlı məsələ qaldırıb.  Yaqland həbs edilmiş bloggerlər Emin Milli və Adnan Hacızadə ilə bağlı xüsusi narahatlığını bildirib. Onun fikrincə, bloggerlər “ictimai fəaliyyətlərinə” görə həbs ediliblər.
Avropa Şurası Parlament Assambleyasına yeni prezident seçilmiş türkiyəli deputat Mövlud Çavuşoğlu isə “Turan”ın müxbirinin Azərbaycanda siyasi məhbuslar və həbs edilmiş jurnalistlərlə bağlı vəziyyət haqqında sualını cavabsız qoyub. Sualı dinləyən Çavuşoğlu vaxtı olmadığını əsas gətirərək, cavab verməkdən imtina edib.
Qeyd edək ki, Azərbaycanın müxalif qüvvələri və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən  Mövlud Çavuşoğlu Azərbaycan iqtidarına loyal münasibəti olan şəxs kimi tanınır.

Previous Post

ELAN!

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.