REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

 Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Poliqon” İnformasiya Agentliyinin (pia.az) redaktoru Elmin Bədəlovun yazdığı məqalələrə görə təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmasını pisləyir.

Belə ki, Elmin Bədəlov 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazıb. Bundan sonra təhsil aldığı “Neft mexanika” fakültəsində ona qarşı təzyiqlər başlayıb. O, dekanlığa çağırılaraq yazıya görə sorğu-sual edilib. Daha sonra isə ard-arda imtahanlardan və kurs işindən kəsilən tələbə-jurnalist üç kəsiri olduğuna görə bir neçə gün öncə rektorun əmri ilə ADNA-dan xaric olunub. 4-cü kurs tələbəsi olan E.Bədəlov indiyədək nümunəvi tələbə olduğunu,  imtahanlarda onu qərəzli olaraq kəsdiklərini və yazılarına görə ADNA-dan xaric edildiyini bildirir.

 

RATİ xatırladır ki, analoji problem vəziyyət ötən il “Cənub xəbərləri” qəzetinin əməkdaşı Pərviz Əzimovla da yaşanmışdı. Təhsil aldığı Lənkəran Dövlət Universitetindəki neqativ hallarla bağlı məqalə yazan P.Əzimovu ali məktəbdən xaric etmişdilər. Pərviz Əzimov məhkəməyə müraciət etmiş və məhkəmə onun qanunsuz xaric olunması və universitetə bərpa olunması ilə bağlı qərar çıxarmışdı.

 

RATİ “Poliqon” İnformasiya Agentliyinin redaktoru Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir.

RATİ ADNA rəhbərliyini Azərbaycan qanunvericiliyində və beynəlxalq konvensiyada nəzərdə tutulmuş söz və ifadə etmək azadlığına hörmətlə yanaşmağa və tələbə-jurnalist E.Bədəlovu ali məktəbə bərpa etməyə çağırır.  

RATİ-yə müraciətində E.Bədəlov bildirib ki, qərəzsiz olaraq komissiya ilə təkrar imtahan keçirilərsə, o, imtahanlardan müsbət qiymət ala bilər. RATİ həqiqətlərin ortaya çıxması və E.Bədəlovun bu iddiasını sübut etməsinə şərait yaratması üçün Təhsil Nazirliyini yenidən imtahan təşkil etməyə çağırır.

Previous Post

AŞPA-NIN YENİ PREZİDENTİ AZƏRBAYCANDA SİYASİ MƏHBUSLAR VƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI SUALI CAV

Next Post

İCTİMAİ BİRLİK SƏDRİNİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.