YENİ TELEKANALIN AÇILACAĞI BİLDİRİLİR

“Yeni Müsavat” qəzetinin verdiyi məlumata görə Rusiyanın RTR telekanalının tezliyində “Mədiyyət” TV yayımlanacaq.

Efirə cıxacaq yeni telekanala Mehriban Ələkbərzadə başçılıq edəcək.

     “Türk dövlətlərinin ərazisində yayımlanacaq və mədəniyyəti təbliğ edəcək ortaq telekanalın fəaliyyətə başlaması ilə bağlı artıq müəyyən müzakirələr aparılıb. Prinsip etibarilə belə bir ideyanın artıq real olduğunu deyə bilərik. Uzun müzakirələrdən sonra bu telekanalın iş imkanları, əsas mövzuları, dili ilə bağlı məsələlər artıq müəyyənləşib. Praktik olaraq belə bir kanalın açılmasına heç kim etiraz etmir. Kanalın maliyyə məsələsini türk dövlətlərindən biri və ya hansısa beynəlxalq şirkət öz üzərinə götürəndən sonra bu məsələ tam konkretləşəcək”. Bu açıqlamanı isə APA-ya millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov verib.

      Mehriban Ələkbərzadə “Media forum” saytına “Yeni Müsavat” qəzetində gedən məlumata öz münasibətini bildirib: “mən Azərbaycan daxilində bu və ya digər formada televiziya fəaliyyəti ilə məşğul olmağa nöqtə qoymuşam. Mənim həmin xəbərə münasibətim birmənalıdır: mən hər hansı bir formada televiziya fəaliyyətinə son qoymuşam”.

      RTR-in tezliyi ilə bağlı “Turan” İnformasiya Agentliyinə məlumat verən MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu məsələ hələ gündəlikdə deyil: “Əgər Rusiya tərəfi Azərbaycan televiziya kanalının yayımını təmin edərsə, RTR-in yerli tezlikdə yayımı bərpa edilə bilər”.

Previous Post

YENİ QƏZET NƏŞRƏ BAŞLAYIR

Next Post

QƏZETİN ELEKTRON VARİANTI FƏALİYYƏTƏ BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.