Bu gün “24 Saat” qəzetində Cavid Ələsgəroğlunun təsisçiliyi ilə “Günün nəbzi” adlı yeni qəzetin nəşrə başlaycağı ilə bağlı məlumat verilib.
Bununla əlaqədar olaraq RATİ Cavid Ələsgəroğlu ilə əlaqə saxlayıb. O yeni qəzetin nəşrə hazırlandığını təsdiqləyib: “təsis etdiyimiz ictimai – siyasi qəzet “Günün nəbzi” adlanacaq. Heç bir siyasi qüvvəyə tabe olmayan bu qəzetin tam müstəqilliyini qorumağa çalışacağıq. Bu qəzetdə müxalifət, iqtidar və sadə xalqın fikirləri işıqlandırılacaq. Yanvarın 12-dən başlayaraq təxminən mart ayının ortlarına qədər qəzet həftəlik nəşr olunacaq. İmkanlarımız yaxşılaşndan sonra isə gündəlik nəşrə keçmək fikirimiz var. Qəzet mənim tərəfimdən təsis edilib”.