YENİ TELEKANALLAR AÇILA BİLƏR

fevral 20th, 2008
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin “Trend” İnformasiya Agentliyinə verdiyi məlumata görə, “ölkədə yeni telekanalların açılması məsələsi Şurada müzakirə edilir.

Ölkədə reklam bazarı inkişaf etdikcə yeni telekanalların açılması üçün tenderlər elan olunacaq”. Məhərrəmli açılacaq telekanalların yeni tezliklərdə yayımlanacağını da vurğulayıb.  
*RATİ fevralın 12-də MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmliyə informasiya sorğusu göndərib. Sorğuda teleradio yayımlarının tezlik siyahısının tərtib edilib-edilməməsi, televiziya və radio yayımı üçün istifadə oluna biləcək potensial tezliklərin sayı  və hal-hazırda həmin tezliklərinin neçəsinin istifadə olunması barədə soruşulur. Sorğuya cavab verilməyib.