“Olaylar.az” on-line xəbər saytı haker hücumlarına məruz qalır. Bu barədə bu gün (06 avqust) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) saytın baş redaktorunun müavini Fatma Abbasquliyeva məlumat verib. Redaktor müavinin sözlərinə görə, sayta hücum son 3-4 ayda daha da intensivləşib.
“Haker hücumları zaman-zaman bütün saytlara edilir. Sayta olan hücumun səbəbi kimi saytda gedən tənqidi yazıların səbəb olduğunu istisna etmirik. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır” –deyə F. Abbasquliyeva bildirib.