Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca azad söz boğulur

Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində söz azadlığına təzyiqlər dramatik  dərəcədə artıb – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat azadlığı ilə bağlı son hesabatı açıqlayır. “Hökumətin onunla razılaşmayanlara qarşı təzyiqinin əvvəlki dövrlərə nisbətən daha da artması və insan haqlarının daha kobud şəkildə pozulması, növbəti rübün tənqidçi jurnalistlər, bloggerlər, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları və siyasi fəallar üçün daha təhlükəli ola biləcəyindən xəbər verir” deyə RATİ sədri Emin Hüseynov qeyd edib.

RATİ-nin yeni hesabatı 2013-cü ilin yanvar ayından iyun ayına qədərki dövrdə Azərbaycanda ifadə azadlığı ilə bağlı baş vermiş mühüm hadisələri şərh edir. Danimarkanın “Beynəlxalq Mediaya Dəstək” qeyri-hökumət təşkilatı tərəfindən dəstəklənən hesabat hökumətin oktyabr seçkilərinə hazırlaşdığı dövrdə fundamental ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarına edilən misli görünməmiş təzyiqləri açıb göstərir.

Qanunsuz izləmə formalarından tənqidçi jurnalistlərə qarşı bir təzyiq olaraq istifadə olunduğu üçün, bu hesabata ilk dəfə olaraq jurnalistlərin izlənməsi ilə bağlı ayrıca bir fəsil daxil edilib. Bu cür əməllər şəxsi həyatın toxunulmazlığı hüququnun ciddi şəkildə pozur və yekunda digər insan hüquqlarının da həyata keçirilməsinə  mənfi təsir göstərir.

Hesabatın əldə etdiyi əsas nəticələrdən ən mühümləri bunlardır:

  • Ölkədə həbsdə olan 80-dən artıq siyasi məhbusla yanaşı yeddi jurnalist, bir bloggeriki hüquq müdafiəçisi ifadə azadlığı ilə bağlı olaraq həbsdə qalmaqdadır.
  • Jurnalistlərə qarşı əvvəllər baş vermiş zorakılıq hallarının və iki qətl faktının araşdırılmasında heç bir irəliləyiş olmamış, əksinə jurnalistlərə qarşı 26 yeni hücum faktı qeydə alınmışdır.
  • Diffamasiyaya görə cinayət məsuliyyətinin internetlə yayılan məzmuna şamil olunması, icazəsiz aksiyaların təşkili və belə aksiyalarda iştiraka görə cərimələrin artırılması, inzibati həbs müddətinin artırılması və QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan  bir sıra reqressiv qanunvericilik aktları qəbul olunub.
  • Tənqidçi media qurumlarına qarşı hədsiz sayda mülki diffamasiya iddiaları irəli sürülmüş, Azadlıq qəzeti bağlanma təhlükəsi ilə üzləşmişdir.

Hesabatda həmçinin dövlət rəsmilərinin müstəqil QHT və media qurumları əleyhinə çıxışlarının daha da artdığı və Azərbaycanın beynəlxalq ictimaiyyətlə əlaqələrində nəzərə çarpan dəyişikliyin baş verməsi qeyd olunub. Hökumətin özünə inamının artması fonunda Avropa Şurası və Avropa Birliyi kimi qurumların hökuməti məsul tuta bilməməsi vətəndaş cəmiyyətində bu qurumlara qarşı məyusluq hissi doğurub.

RATİ beynəlxalq ictimaiyyəti Azərbaycandakı seçki qabağı vəziyyətə daha çox diqqət yetirməyə və özünü insan haqları öhdəliklərini yerinə yetirməsi üçün hökumətə qarşı təzyiqləri artırmağa çağırır. Bunun təkcə sözdə deyil, əməldə də baş verməsinə indi əvvəlkindən daha çox ehtiyac var.

“Azərbaycanda seçki ərəfəsində azad sözə təzyiqlər daha da artır”  adlı hesabatın ingilis variantı ilə buradan əldə edə bilərsiniz.

Previous Post

Xəbər portalına haker hücumu edilib

Next Post

RATİ Avropa Şurası Komissarının Azərbaycanda insan hüquqlarının durumunun yaxlılaşdırılmasına dair çağırışlarını alqışlayır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.