Polis səyyar qəzet satanları saxlayıb

İyunun 3-də Bakının Nəsimi rayon ərazisində polis əməkdaşları səyyar qəzet satışı ilə məşğul olanlara qarşı reyd keçirdərək, onları rayonun 22-ci polis bölməsinə aparıblar. Bu barədə gundemxeber.az  saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, polislər rayon ərazisində parklarda və digər insanların sıx oldugu yerlərdə səyyar qəzet satışı ilə məşgul olan şəxsləri həbs edərək əllərindəki qəzetləri də müsadirə edir və onları polis maşınlarına dolduraraq bölməyə aparıblar.
Hadisə ilə bağlı 22-ci polis bölməsinə edilən telefon zəngləri nəticəsiz qalıb. Daxili İşlər Nazirlliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov RATİ-yə açıqlamasında DİN-ə belə bir məlumatın daxil olmadığını deyib.
“Belə bir hadisə baş vermiş olsa belə, qəzet satanların həbs olunaraq bölməyə gətirilməsi uydurmadır, onlar sadəcə olaraq ərazidən kənarlaşdırılmış ola bilərlər. Bu səyyar satıcıların maşınların hərəkət zolağında qəzet satışı ilə məşğulunun qadağan olunması ilə bağlıdır. Səyyar satıcıların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən satış  icazələri yoxdur”-deyə Zahidov bildirib.
RATİ “Gündəm Xəbər” qəzeti vasitəsilə bölməyə aparılan şəxslərin bir neçəsinin  əlaqə telefonlarını əldə etməyə müvəffəq olsa, onlar dəfələrlə edilən telefon zənglərinə cavab verməyiblər.
Səyyar qəzet satışı ilə uzun müddətdir məşğul olduğunu bildirən İntiqam Aslanov RATİ-yə   qəzet satışı ilə gündəlik yaşamını təmin etdiyini, lakin zamanla edilən bu müdaxilələrin ona və onun kimi bu işlə maddi durumunu təmin edən satıcılara böyük çətinliklərin yaşatdığını dedi.
Previous Post

RATİ mediaya qarşı polis zorakılığı ilə bağlı cavab tələb edir

Next Post

RATİ-yə könüllülər tələb olunur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.