QƏZET REDAKTORU XƏSTƏ OĞLU İLƏ ERMƏNİSTANA PİYADA GEDƏCƏYİNİ DEYİR

“Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli sentyabrın 16-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində lal-kar oğlunun problemi ilə bağlı mətbuat konfransı keçirib. 

18 yaşlı Fəxrəddin Əlibəyli anadangəlmə xəstədir və artıq 10 ildir ki, dövlətdən ayda 50 manat məbləğində təqaüd alır.  Yetkinlik yaşına çatdıqdan sonra o , bu yardımdan məhrum olunur və əlilliyinin müəyyən edilməsi üçün həkim komissiyasından keçməsi tələb edilir. Sərdar Əlibəylinin sözlərinə görə, əlillik dərəcəsini müəyyən edən Həkim Komissiyası ona oğlunu Maştağadakı psixiatriya xəstəxanasına yerləşdirməyi və xəstəxanadan lazımi rəyi almağı məsləhət görür.

“Oğluma baxanda bilinir ki, o xəstədir. Niyə məni qapı-qapı gəzməyə məcbur edirlər?”, – deyə Sərdar  Əlibəyli qəzəbini ifadə edib.

“Oğlumun probleminin həlli üçün hökumətə 10 gün vaxt verirəm. Bu müddət başa çatdıqdan sonra konkret addımlar atacağam. Kəfən geyinib, oğlumla birlikdə piyada Ermənistana    gedəsiyik. Bu, mənim etirazımdır!”,- deyə Əlibəyli bildirib.

Sərdar Əlibəyli əmindir ki, ona qarşı bu münasibətin siyasi səbəbləri var. “mən hakimiyyəti tənqid edirəm deyə, mənə zülm verirlər”,- deyə o qeyd etdi.  

Xatırladaq ki, Əlibəyli  2009-cu ildə şərəf və ləyaqətin təhqir edilməsi ittihamı üzrə daxili qoşunların dörd generalının iddiası ilə 4 ay həbsxanada saxlanılıb. O, 2010-cu ilin fevral ayında azad edilib.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 15 SENTYABR

Next Post

PENİTENSİAR XİDMƏT MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.