GÜRCÜSTANA DƏSTƏK AKSİYASINDA JURNALİSTLƏRƏ QARŞI TƏZYİQ FAKTI QEYDƏ ALINMADI

Bu gün (11 avqust) Müsavat Partiyası Gənclər Təşkilatının bir qrup üzvü avqustun 8-dən başlanmış Rusiya-Gürcüstan müharibəsinə etiraz əlaməti olaraq,  habelə bu müharibədə  Gürcüstan yanında olduqlarını nümayiş etdirmək üçün Rusiya Federasiyasının  Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməyə cəhd etdilər.

Təxminən 10 nəfər gəncin iştirak etdiyi aksiyanın qarşısı polis tərəfindən alındı.
Aksiyanı müşahidə edən media nümayəndələrinə qarşı isə hər hansı bir formada təzyiq faktı qeydə alınmadı.
 
Foto:http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,98/id,1065/lang,az/
Previous Post

Gürcüstan səfirliyi qarşısında “Dalga” hərəkatçılarının etiraz nümayişi

Next Post

QOHUMU MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.